Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən 2026-cı ilin tədbirlər planına əsasən “İnformasiya təhlükəsizliyi təqvimi” layihəsi çərçivəsində Avqust ayı üzrə 28.08.2026-cı il tarixində saat 16:00-da başlanacaq vebinar “Bulud təhlükəsizliyi” mövzusuna həsr olunur.
Vebinarda bulud mühitlərində məlumatların qorunması, paylaşılan məsuliyyət modeli, risklərin idarə olunması, təhlükəsiz konfiqurasiya, şəbəkə təhlükəsizliyi, kimlik və girişlərin idarə olunması, ehtiyat nüsxələmə və uyğunluq məsələləri barədə məlumat veriləcək.
Canlı yayımın təkrarını izləmək, eləcə də növbəti canlı yayımlar barədə məlumat almaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: https://cert.gov.az/calendar
© 2011-2026 Bütün Hüquqlar Qorunur