Axtarış...

İcra Hakimiyyətində kompüterlərin zərəvericilərə yoluxma halı aşkarlanıb

İcra Hakimiyyətində kompüterlərin zərəvericilərə yoluxma halı aşkarlanıb

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin Təhlükəsizlik Əməliyyatları Mərkəzi tərəfindən dövlət qurumlarının informasiya təhlükəsizliyini təmin etmək məqsədilə aparılan monitorinq nəticəsində Qazax Rayon İcra Hakimiyyətində istifadə olunan bir neçə kompüterin zərərvericilərə yoluxma halı aşkar edilmişdir. İnsidentin yerində araşdırılması zamanı Zərərvericilərin Tədqiqi Laboratoriyası tərəfindən işçi kompüterlərə baxış keçirilmiş, yoluxmanın yayılma üsulu müəyyən edilmiş və zərərverici nümunələr götürülmüşdür. İnformasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilmiş, audit hesabatı hazırlanmış, tövsiyyələrlə bərabər aradan qaldırılması üçün İcra Hakimiyyətinə təqdim edilmişdir.

Sonda İcra Hakimiyyətinin nümayəndələri üçün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları tərəfindən “Kibergigiyena üzrə ən qabaqcıl təcrübələr” mövzusunda təlim keçirilmişdir. Təlimdə internetdən təhlükəsiz istifadə, şifrə siyasəti, fişing hücumları, son zamanlar yayılmış kiberhücum metod və vektorları kimi aktual mövzulara toxunulmuşdur. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarında informasiya təhlükəsizliyi səviyyəsinin artırılması sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verilmişdir. Sonda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılmışdır.

© 2011-2024 Bütün Hüquqlar Qorunur