Axtarış...

Hər 10 mobil tətbiqdən 7-si istifadəçilər barəsində əlavə məlumatlar yığır

Hər 10 mobil tətbiqdən 7-si istifadəçilər barəsində əlavə məlumatlar yığır

NordVPN servisinin mütəxəssisləri Android və iOS üçün nəzərdə tutulmuş 18 kateqoriyada müxtəlif tətbiqləri analiz ediblər. Aparılmış analizin nəticələri heç də ürəkaçan olmayıb. Mütəxəssislərin sözlərinə əsasən analizləri aparılmış tətbiqlərin 75%-i istifadəçilər barəsində düşünüldüyündən daha çox məlumat yığırlar. Təqdim edilmiş hesabata əsasən tətbiqlərin 42%-i istifadəçilərin digər veb saytlar və servislərdəki məlumatlarını, 37%-i isə istifadəçilərin yerləşdikləri yerlər barəsində məlumatları yığırlar. Halbuki, yığılan bu məlumatlar tətbiqlərin funksionallıqları üçün heç də lazım deyillər. Bundan əlavə olaraq tətbiqlərin 35%-i cihaz kamerasından istifadə, 22%-i "Gallery" tətbiqinə keçid, 16%-i isə cihaz mikrofonundan istifadə sorğusunu göndəriblər. Bununla belə istifadəçilər çox zaman tətbiqlərdən istifadə qaydaları və şərtləri ilə razılaşaraq onlara bu sistemlərdən istifadəyə icazəni təqdim edirlər. Mütəxəssislər həmçinin Android və iOS əməliyyat sistemlərində tətbiqlərin cihaz sistemlərindən istifadə üçün sorğunun göndərilməsi məsələsində faiz göstəricilərini də təyin ediblər. Android-də bu göstərici 87%, iOS-də isə 60% təşkil edir.

 Google öz istifadəçilərinə cihazlarda konfidensiallıq sazlamaları ilə bağlı daha çox imkanlar təqdim edir. iOS isə standart olaraq daha sərt konfidensiallıq sazlamalarına sahibdir. Mütəxəssislərin sözlərinə görə əsas diqqəti sosial şəbəkə tətbiqləri və messencerlər öz üzərlərinə çəkirlər. Məlumata əsasən sosial şəbəkə tətbiqləri ortalama 10 artıq icazə sorğusu, naviqasiya tətbiqləri 9 artıq icazə sorğusu, tanışlıq servisləri 6 artıq icazə sorğusu, messencerlər isə 5 artıq icazə sorğusu göndərirlər. Bu mövzuda ən az tələbkar olanlar isə mobil oyunlar olublar. 

© 2011-2024 Bütün Hüquqlar Qorunur