Axtarış...

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında “Kibertəhlükəsizlik sahəsində Anlaşma Memorandumu” imzalanmışdır

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Özbəkistan Respublikasının Kibertəhlükəsizlik sahəsində ayidiyəti Dövlət Qurumu arasında “Kibertəhlükəsizlik sahəsində Anlaşma Memorandumu” imzalanmışdır.

Memorandumun məqsədi kibertəhlükəsizlik sahəsində ciddi insidentlər zamanı cavab tədbirləri hazırlamaq üçün qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, səyləri, texniki, maliyyə və insan resurslarından səmərəli istifadə etməsidir.

Əməkdaşlığın əhatə dairəsi kibertəhlükəsizlik təhdidləri, zərərli proqram təminatı və kibertəhlükəsizlik təhdidlərinin indikatorları haqqında məlumat mübadiləsinin aparılması, Kompüter İnsidentlərinə qarşı Mübarizə xidmətlərinin işində birgə tədbirlərin təşkili, fikir, məlumat və təcrübə mübadiləsi məqsədilə ikitərəfli görüşlər və digər tədbirlərin keçirilməsindən ibarətdir.

© 2011-2024 Bütün Hüquqlar Qorunur