Axtarış...

Panda Security – nin analizlərinə əsasən dünya üzrə hər 3 kompyuterdən biri virusa yoluxmuş sayılır.

"Panda Security" antivirus şirkətinin təhlükəsizli üzrə mütəxəsisləri kibertəhlükəsizlik məqsədilə kompüterlərin zərərli proqram təminatına yoluxması üzrə analizlərini dərc ediblər. Belə ki analizin nəticələri ürək açan olmasa da lakin reall vəziyyətdir. Ən çox kibertəhlükə Çin və Cənubi Koreyada qeydə alınmışdır. Qeyd etmək istərdik ki, burada olan kompüterlərin 50 faizindən çoxu virusa yoluxmuş sayılır və kifayət qədər təhlükə daşıyır. Digər göstəriciyə görə isə İran, İsrail, Fransa, Polşa və Türkiyə həmçinin ilk onluqda qərarlaşıblar. Nəzərə alsaq ki, zərərverici proqram təminatının ən adi və təhlükəli növü olan troyanların payı 76,56 faiz təşkil edir və fakt olaraq bildirək ki, 2011-ci il ilə müqayisə üzrə artım inkişafı 12 faizə bərabər olmuşdur. İkinci yerdə isə kompüter virusları (9%), üçüncü yerdə isə virus aləmində o qədər də məşhur olmayan "soxulcanlar" (5,75 %), "adware", zərərverici reklam əhəmiyyətli modullar (5,72%) qərarlaşıblar.Aparılan analiz və hesabatın tam olaraq nəticələrinə görə, virusa ən az yoluxan kompüterlər İsveçrə, Norveç, Almaniya, Böyük Britaniya, Hollandiya, İsveç, İspaniya və bir sıra digər ölkələrdə qeydə alınıb.
 

© 2011-2024 Bütün Hüquqlar Qorunur