Axtarış...

DrawnApart — GPU vasitəsilə istifadəçilərin barmaq izlərinin alınması üçün yeni texnika

DrawnApart — GPU vasitəsilə istifadəçilərin barmaq izlərinin alınması üçün yeni texnika

  Fransa, İsrail və Avstraliya universitetlərinin ekspertlər komandası şəbəkə istifadəçilərinin  unikal rəqəmsal barmaq izlərinin yaradılması və veb-izləmə üsulunu nümayiş etdiriblər. Bunun üçün tədqiqatçılar izləmə obyektlərinin qrafik prosessorlarını (GPU) işə salıblar. Eksperiment zamanı mütəxəssislər 1605 müxtəlif CPU-konfiqurasiyalı 2550 cihaz istifadə ediblər. Bu, DrawnApart üsulunun orta izləmə müddətini 67%-dək artıra biləcəyini nümayiş etdirməyə imkan verib. Fərqləndirici barmaq izlərinin yaradılması üçün ekspertlər hədəf cihazların qrafik  prosessorunu və WebGL kitabxasından yararlanıblar. Məlum olduğu kimi, bu çarpaz platforma API bütün müasir brauzerlərdə 3D qrafikasının renderinqi üçün istifadə olunur. Bu kitabxana vasitəsilə DrawnApart üsulu GPU-da icra bloklarının sayı və sürətini hesablaya bilər.  

  DrawnApart üsulunun mahiyyəti izlənilən cihazın GPU-nu icra edən qısa GLSL-proqramlarının istifadə olunmasından ibarətdir. Tədqiqatçılar komandası az sayda mürəkkəb hesablama əməliyyatlarının aparıldığı ekranda hesablama; GPU-nu daha uzunmüddətli, lakin intensivliyi aşağı olan sınaqdan keçirən “kadrarxası” üsulu olmaqla, iki vektor hazırlayıb. Nəticədə onlar rəqəmsal barmaq izinin yaradılması üçün istifadə olunan 16 göstəricidən alınan 176 ölçmədən ibarət barmaq izlərini alıblar. Mütəxəssislər nəzərəçarpan fərqləri nümayiş etdirmək üçün həmin barmaq izlərini vizual olaraq təqdim edib:

Sınaqlar zamanı tədqiqatçılar digər aparat tərkib hissələrini də dəyişsə də, barmaq izləri bilavasitə GPU-dan asılı olduğu üçün bu, nəticəyə təsir etməyib. Aşağıdakı cədvəldə mütəxəssislərin istifadə etdiyi cihazlara və nəticələrin dəqiqliyinə baxa bilərsiniz.

© 2011-2024 Bütün Hüquqlar Qorunur