XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ
XÜSUSİ RABİTƏ VƏ İNFORMASİYA
TƏHLÜKƏSİZLİYİ DÖVLƏT AGENTLİYİ

KOMPÜTER İNSİDENTLƏRİNƏ QARŞI MÜBARİZƏ
MƏRKƏZİ

İnsident bildir

Xəbərlər > Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı ilə Xüsusi Dövlət Mühafizə Xidməti banklara informasiya təhlükəsizliyi üzrə təlim keçdi

28 Dek 2017

Maliyyə Bazarlarına Nəzarət Palatasının və Xüsusi Dövlət Mühafizə Xidmətinin birgə təşkilatçılığı ilə informasiya təhlükəsizliyi üzrə təlim keçirildi.

Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən keçirilən təlimdə informasiya təhlükəsizliyi, zərərvericilər, proqram təminatının təhlükəsizliyi, server və mail təhlükəsizliyi, banklara qarşı texniki təhlükələr və digər mövzular əhatə olundu. Təlimdə iştirak edən 29 yerli və xarici bankların 46 nəfər nümayəndəsi və Palatanın əməkdaşları  qeyd olunan mövzular üzrə təcrübə və yeniliklərlə tanış oldular, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi apardılar.