Axtarış...

Google Chrome MacOS istifadəçilərinin təhlükəsizliyini düşünəcək.

Google Chrome MacOS istifadəçilərinin təhlükəsizliyini düşünəcək.

   Google şirkəti MacOS əməliyyat sistemi üçün Təhlükəsiz baxış xidmətinin “Safe Browsing” imkanlarını genişləndirib. İstehsalçılar əmin edirlər ki, indi Chrome istifadəçiləri arzuolunmaz reklam nümayiş etdirən, həmçinin brauzerin tənzimləmələrini müstəqil dəyişdirə bilən proqramların müdafiəsini daha yaxşı təşkil edəcək. “Safe Browsing” xidməti Google axtarış sistemi, Google Chrome, Firefox və Safari brauzerlərində istifadə olunur və istifadəçilərin təhlükəli informasiya resurslarına keçidinin qarşısını alır. Bundan başqa, qeyd olunan xidmət yüklənmiş faylların analiz edilməsində istifadə olunur. Google şirkətinin təhlükəsizlik siyasətinə uyğun olaraq Chrome Web Store üzərindən yüklənməyən proqramlar brauzerin tənzimləmələrinə düzəliş etmək, həmçinin reklam elanlarını nümayiş etdirmək hüququna malik deyil.

Bu ilin martın 31-i tarixindən etibarən Google Chrome və “Safe Browsing” zərərli və təhlükəli proqram təminatı, həmçinin APİ -dən istifadə etmədən Chrome brauzerinin tənzimləmələrinə müdaxilə cəhdi ilə bağlı istifadəçiləri xəbərdar edəcək.

© 2011-2024 Bütün Hüquqlar Qorunur