Axtarış...

İlk yerli antivirus proqramı yaxın zamanda istifadəyə veriləcək

İlk yerli antivirus proqramı yaxın zamanda istifadəyə veriləcək

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin CERT.GOV.AZ mərkəzinin "Multi-funksional Analiz Programı" yaxın zamanda istifadəyə veriləcək. Mərkəzin Malware Laboratoriyasının interfeysini və funksionalını hazırlayıb bitirdiyi bu Antivirus layihəsi AV sahəsində Azərbaycanda bir ilkə imza atmaq üzrədir. Hazırda funksionalda və interfeysdə bir sıra yoxlama və test əməliyyatları o cümlədən programın beynəlxalq şirkətlərin birində rəsmi təsdiqlənməsi (verifikasiyası) məsələləri üzərində işlənilir.

İlkin olaraq şərti adı  "Multi-funksional Analiz Programı"  adlandırılan bu tətbiqin əsas funksionallığı CERT.GOV.AZ Malware Lab-ın daha öncə istifadəyə verdiyi "MEL""MAK" tətbiqlərindən fərqli olaraq texniki bazası olmayan istifadəçilərin də yararlana biləcəyi sadə interfeysli multi-funksional (virus aşkarlama motoru-antivirus, proses analiz modulu, trafik analiz modulu, zərərverici raporlama –malware reporting, məlumatlandırma modulu – CERT news və s.) analiz imkanlarından ibarət olacaq.

CERT.GOV.AZ-ın Malware Lab-ın yaxın zamanda istifadəyə verəcəyi Antivirusun demo görüntüsünü aşağıdakı videodan izləyə bilərsiniz.  

 

 

 

 

 

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur