Axtarış...

CERT.GOV.AZ yeni xidmətləri ilə daha da funksional oldu!

CERT.GOV.AZ aşağıda izahı verilən xidmətləri özündə birləşdirən 6 yeni bölməni tezliklə istifadəçilərin xidmətinə verəcək.

.

Məlumat üçün bildiririk ki, yeni əlavə olunan xidmətlərimizin artıq bir neçəsi saytımızda aktivdir, digərləri isə tezliklə aktiv olacaq:

1. Şifr generatoru - Şifrə generatorunun köməkliyi ilə seçdiyiniz şifrə uzunluğuna və şifrə tərkibinə görə (rəqəm, hərf, simvol, qarışıq) müxtəlif şifrə kombinasiyalarını onların təhlükəsizlik səviyyəsini ölçməklə yarada və istifadə edə bilərsiniz.

2. Şifr təhlükəsizliyi - Şifrə təhlükəsizliyi bölməsində istifadənizdə olan və ya olmayan istənilən şifrə kombinasiyasının təhlükəsizlik səviyyəsinin kriteriyalarla yoxlanılması ilə yanaşı mövcud parolun bruteforce texnikasında ümumi istifadə də olan siyahılarda olub olmamasını da yoxlaya biləcəksiniz.  

3. Mənim IP ünvanım - Mənim İP ünvanım əsasən nat arxasında olan və çıxış İP ünvanlarını tapmaqda çətinlik çəkən istifadəçilər üçün İP-lərini göstərən kiçik xidmət skriptidir. 

4. Yoluxmuş IP - Yoluxmuş İP bir çox araşdırma mərkəzlərindən aldığımız və birləşdirirək vahid yoluxmuş ip bazasına çevirdiyimiz məlumat axtarış sistemidir. Siz bu bölmədə istifadənizdəki İP-nin  yoluxmuş İP-lər siyahsında olub olmamasını yoxlaya həmçinin yoluxmanın müəyyən edildiyi vaxtı (timestamp) əldə edə biləcəksiniz. Qeyd edək ki, baza yalnız Azərbaycan ip-lərindən ibarətdir və xidmətdən yalnız Azərbaycan istifadəçiləri yararlana biləcək.

5. Malware Lab - Malware Lab özündə bir sıra xidmətləri cəmləyəcək proqram təminatları ilə istifadəçilərə xidmət edəcək. Beləki, xidmətin bir hissəsi zərərverici kodların analizi sahəsində professional məşğul olmaq istəyənlər üçün əlverişli analiz alətləri ilə təmin olunmuş proqram təminatinı istifadəyə vermək olacaqsa, digər xidmət isə sadə istifadəçilər üçün nəzərdə tutulmuş və istifadəçilərin şübhələdikləri faylların o cümlədən kompüterin kənar qoşulmalarının yoxlanmasını həmçinin şübhəli faylların analiz üçün KİMM Malware Lab-a göndərə biləcəkləri proqram təminatından ibarət olacaq.

6. Virtual sınaq (CTF) - Virtual Sınaq adı verdiyimiz xidmət hissəsində bütün dünyada məşhur olan CTF (Capture the flag) yarışması formatında çətinliklər blokundan ibarət tapşırıqlardan ibarət olacaq. Bu sahədə marağı olanlar bu əlverişli və tez tez dəyişəcəyimiz və bəzən də hədiyyəli olacaq mərhələləri keçməklə həm öz bilik və bacarıqlarını inkişaf etdirəcəklər həm də, keçilən mərhələlərə uyğun yığdıqları xallarla (müəyyən bariyeri aşa bilənlər) işləmək və ya praktika keçmək məqsədi bizə müraciətini göndərə biləcəklər. 

© 2011-2024 Bütün Hüquqlar Qorunur