XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ
XÜSUSİ RABİTƏ VƏ İNFORMASİYA
TƏHLÜKƏSİZLİYİ DÖVLƏT AGENTLİYİ

KOMPÜTER İNSİDENTLƏRİNƏ QARŞI MÜBARİZƏ
MƏRKƏZİ

İnsident bildir

Xəbərlər > Hakerlər tərəfindən yayılan, RİTN-nə məxsus olduğu iddia edilən sənədlər saxtadır - FotoFAKT

22 Apr 2013

 Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının müxtəlif qurumları, o cümlədən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə aid
( www.mincom.gov.az/) 1,5 GB –lıq müxtəlif səpkili sənəd və informasiyaların oğurlanmasına dair məlumatlar dərc olunur.

Müvafiq qurumlar tərəfindən aparılan ilkin araşdırmalardan məlum olmuşdur ki, müxtəlif xarici saytlarda Azərbaycanla bağlı dərc olunan məktub və sənədlər tam saxta və qərəzlidir.

Belə ki, dərc olunmuş məlumatlarda adları yer alan müvafiq qurumlar nazirliyə məktub ünvanlayaraq, məlumatların tam yalan olduğunu təsdiqləyir, o cümlədən Türkiyənin Bilgi Teknolojileri ve İletişim Kurumu Uluslararası İlişkiler Dairesi Başkanlığının rəsmiləri məsələyə yazılı şəkildə etirazlarını bildirərək, onlarda bu məzmunda və qeydiyyatda sənəd olmadığını vurğulayıblar. Hazırda bu istiqamətdə araşdırmalar davam edir.

Qeyd edək ki, bu gün bütün dünyada informasiya təhlükəsizliyinin təmin olunması problemi qlobal səviyyədə vacibliyini və aktuallığını saxlayır. Bu gün ölkəmiz də Kompüter İnsidentlərinə qarşı Milli Mübarizə Mərkəzlərinin Beynəlxalq Birliyi, Kompüter İnsidentlərinə qarşı Akreditiv Mübarizə Mərkəzlərinin Avropa Birliyi, FIRST- İnsidentlərlə Mübarizə və Təhlükəsizlik Mərkəzlərinin Beynəlxalq Forumu və s. kimi beynəlxalq qurumların tam hüquqlu üzvüdür.

Sürətli inkişaf yolunu seçən Azərbaycanın siyasi nüfuzuna və artmaqda olan imicinə xələl gətirmək məqsədi daşıyan bu kimi məkrli və qərəzli məlumatların heç bir əsası olmadığını bir daha bildirən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kütləvi informasiya vasitələrini belə məlumatları yayarkən diqqətli olmağa çağırır.

Türkiyənin Bilgi Teknolojileri ve İletişim Kurumundan daxil olan məktub

Source : ICT News