Axtarış...

XRİTDX tərəfindən qlobal elektron poçt sistemində boşluqlar aşkarlandı

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən “GFI KerioConnect” qlobal elektron poçt sistemində istifadəçi interfeysi və sənəd emalı funksionallıqlarına uzaqdan müdaxiləyə imkan verən üç boşluq – CVE-2025-2975, CVE-2025-2976CVE-2025-2977 aşkar edilmişdir.


Aşkar edilmiş boşluqlar rəsmi qaydada təsdiqlənərək ABŞ-nin Milli Standartlar və Texnologiya İnstitutu (nist.gov) tərəfindən eyniadlı (CVE-2025-2975, CVE-2025-2976 və CVE-2025-2977) identifikasiya kodları ilə Milli Zəifliklər Verilənlər Bazasında (NVD) qeydiyyata alınmışdır.


Sözügedən boşluqlar barədə qlobal elektron poçt xidmətinin təminatçısı olan və ABŞ-nin Texas ştatında yerləşən proqram təminatı şirkəti "GFI Software" məlumatlandırılmışdır.


Məlumat üçün qeyd edək ki, 1992-ci ildən fəaliyyət göstərən və ABŞ, Böyük Britaniya, Almaniya, Çexiya və digər ölkələrdə ofisləri olan şirkətin məhsulları dünya üzrə 60.000-dən çox təşkilat və müəssisə tərəfindən istifadə olunur.


https://nvd.nist.gov/vuln/detail/CVE-2025-2975
https://nvd.nist.gov/vuln/detail/CVE-2025-2976
https://nvd.nist.gov/vuln/detail/CVE-2025-2977

© 2011-2026 Bütün Hüquqlar Qorunur