Axtarış...

İnformasiya təhlükəsizliyi təqvimi layihəsi çərçivəsində iyun ayı üzrə növbəti vebinar başlayır

İnformasiya təhlükəsizliyi təqvimi layihəsi çərçivəsində iyun ayı üzrə növbəti vebinar başlayır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən 2026-cı ilin tədbirlər planına əsasən “İnformasiya təhlükəsizliyi təqvimi” layihəsi çərçivəsində iyun ayı üzrə 25.06.2026-cı il tarixində saat 16:00-da başlanacaq vebinar “Qurumdaxili İnformasiya Təhlükəsizliyi Siyasətlərinin idarə edilməsi” mövzusuna həsr olunur.

Vebinarda informasiya təhlükəsizliyi siyasətlərinin hazırlanması və idarə edilməsinin əsas prinsipləri, siyasətlərin həyat dövrü, təşkilatlarda tətbiq olunan əsas siyasət növləri, real hadisələrdən əldə edilmiş təcrübələr, süni intellekt texnologiyalarının informasiya təhlükəsizliyi siyasətlərinə təsiri, son illərin kibertəhlükəsizlik statistikası və siyasətlərin effektivliyinin artırılmasına yönəlmiş tövsiyələr barədə məlumat veriləcək.

  • Məruzəçi:
    Zöhrə Şıxıyeva - TƏBİB tərkibində Rəqəmsal Tibbi Həllər, İnformasiya təhlükəsizliyinin idarəedilməsi şöbəsinin müdiri

 

Canlı yayımın təkrarını izləmək, eləcə də növbəti canlı yayımlar barədə məlumat almaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: https://cert.gov.az/calendar
 

© 2011-2026 Bütün Hüquqlar Qorunur