Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən 2025-ci ilin tədbirlər planına əsasən "İnformasiya təhlükəsizliyi təqvimi" layihəsi çərçivəsində Sentyabr ayı üzrə 25.09.2025-ci il tarixində saat 16:00-da başlanacaq vebinar "Məlumatların Təsnifatlaşdırılması Siyasəti" mövzusuna həsr olunur. Vebinarda məlumatların düzgün təsnifatlandırılmasının əhəmiyyəti, təhlükəsizlik siyasətlərinin hazırlanması və tətbiqi mərhələləri, işçilərin təsnifat qaydalarına uyğunlaşdırılması yolları, eləcə də texnologiyanın bu prosesdə rolu və qarşıya çıxan çətinliklər geniş şəkildə müzakirə ediləcək.
Canlı yayımın təkrarını izləmək, eləcə də növbəti canlı yayımlar barədə məlumat almaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: https://cert.gov.az/calendar
© 2011-2025 Bütün Hüquqlar Qorunur