Axtarış...

İnformasiya təhlükəsizliyi təqvimi layihəsi çərçivəsində avqust ayı üzrə növbəti vebinar başlayır

İnformasiya təhlükəsizliyi təqvimi layihəsi çərçivəsində avqust ayı üzrə növbəti vebinar başlayır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən 2025-ci ilin tədbirlər planına əsasən "İnformasiya təhlükəsizliyi təqvimi" layihəsi çərçivəsində Avqust ayı üzrə 29.08.2025-ci il tarixində saat 16:00-da başlanacaq vebinar "Tətbiq təhlükəsizliyi" mövzusuna həsr olunur. Vebinarda tətbiq təhlükəsizliyi anlayışı, qlobal tendensiyalar və yayılmış təhdidlər barədə ətraflı məlumat veriləcək. Mütəxəssislər "OWASP Top 10" kimi beynəlxalq standartlara, həmçinin penetrasiya testləri və təhlükəsizlik auditlərinin əhəmiyyətinə toxunacaqlar. Vebinar zamanı real insidentlər üzərində təhlillər aparılacaq və proqram təminatının inkişaf mərhələlərində təhlükəsizliyin qorunması üzrə tövsiyələr təqdim edəcəklər.

  • Məruzəçilər:
    Azər Məlikov - CyberOn, kibertəhlükəsizlik mütəxəssisi
    Nicat Abbasov - Dövlət Gömrük Komitəsi, kibertəhlükəsizlik şöbəsinin inspektoru

 

Canlı yayımın təkrarını izləmək, eləcə də növbəti canlı yayımlar barədə məlumat almaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: https://cert.gov.az/calendar

© 2011-2026 Bütün Hüquqlar Qorunur