Axtarış...

Critical Infrastructure Defence Challenge 2023” tədbirinə qeydiyyat üçün son 5 gün qaldı!

Critical Infrastructure Defence Challenge 2023” tədbirinə qeydiyyat üçün son 5 gün qaldı!

 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə cari ilin 26-27 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri keçiriləcək.

Bu müharibədə İT komandaya malik dövlət qurumları, banklar, telekomlar və kritik infrastruktura sahib müəssisələri iştirak edəcəklər. Ölkədə ilk dəfə kiberhücumların simulyasiyası ilə keçiriləcək virtual müharibə yarışında iştirak etmək üçün müəssisələr əməkdaşlarından 3-5 nəfərlik komanda yaradaraq yarışa qoşula bilərlər. Yarış 2 gün həyata keçiriləcək. Birinci gün komandalar onlara təhkim olunacaq informasiya sistemlərinin boşluqlarını aradan qaldıraraq mühafizə sistemini sazlayacaq, ikinci gün isə onlara qarşı təşkil olunacaq kiberhücumların qarşısını necə alacaqları barədə bacarıqlarını nümayiş etdirərək müvafiq ballar toplayacaqlar. Yarışın fomatı və mərhələləri barədə məlumatı aşağıdakı şəkillərdən əldə edə bilərsiniz:

Kibermüharibənin qalib komandasına 30 000 manat təqdim ediləcək. Müharibədə iştirak üçün buradan qeydiyyatdan keçə bilərsiniz.

DİQQƏT!  İT komandaya malik dövlət qurumları, banklar, telekomlar və kritik infrastruktura sahib müəssisələrin qeydiyyatı üçün son 5 gün qaldı!
Yarış kritik informasiya infrastrukturuna sahib komandalar üçün təşkil olunduğundan qeydiyyatdan keçən, lakin siyahıya daxil edilməyən digər 6 komandanın iştirakı ilə bağlı qərar malik olduqları infrastrukturun kritikliyi dəqiqləşdirildikdən sonra veriləcəkdir. Eyni zamanda XRİTDX və DTX təşkilatçı qismində iştirak etdiyindən komandalarının yarışda qeydiyyatı məqsədəuyğun hesab edilməmişdir. Hazırda qeydiyyatı qəbul olunmuş dövlət qurumlarının siyahısı aşağıdakı kimidir:
 

© 2011-2024 Bütün Hüquqlar Qorunur