Axtarış...

Azərbaycanda ilk dəfə beynəlxalq “Women in Cyber” konfransı keçiriləcək

Azərbaycanda ilk dəfə beynəlxalq “Women in Cyber” konfransı keçiriləcək

Cari ilin 11 oktyabr tarixində ölkəmizdə ilk dəfə beynəlxalq “Women in Cyber” (Kibertəhlükəsizlikdə Qadınlar) konfransı keçiriləcəkdir. Tədbir Critical Infrastructure Defense Challenge (CIDC2025) kiberfestivalı çərçivəsində yan tədbir kimi təşkil olunur və kibertəhlükəsizlik sahəsində qadınların rolunun artırılmasına, gənc mütəxəssislərin dəstəklənməsinə həsr olunub.


Konfransın məqsədi kibertəhlükəsizlik üzrə sürətlə dəyişən qlobal mühitdə qadınların liderlik mövqelərində iştirakını gücləndirmək, müxtəlif ölkələrdən olan qadın ekspert və tələbələri bir araya gətirməklə bilik və təcrübə mübadiləsinə şərait yaratmaqdır.


Tədbirdə Tural Məmmədov, Klaid Mägi, Elsa Neeme, Jana Krimpe, Nataliya Tkaçuk, Dr. Fariz İsmayılzadə, Rauf Cabarov, Nino Vadakaria, Natalia Spinu, Nata Goderdzishvili, Olga Pasichnyk, Zari Uslu və digər nüfuzlu ekspertlərin çıxışları gözlənilir. Proqram çərçivəsində böhran kommunikasiyası, kiberdavamlılıq, qadınların kibertəhlükəsizliyin gələcəyinin formalaşdırılmasında rolu mövzularında panel müzakirələri keçiriləcək, həmçinin Azərbaycan, Gürcüstan, Estoniya və Birləşmiş Ərəb Əmirliklərindən qadınların uğur hekayələri təqdim olunacaq. Konfrans ADA Universitetində saat 10.00-da baş tutacaq.

© 2011-2025 Bütün Hüquqlar Qorunur