Axtarış...

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin 30 illik yubiley təntənəli şəkildə qeyd edildi

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin 30 illik yubiley təntənəli şəkildə qeyd edildi

 

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şəxsi heyəti Xidmətin 30 illik yubileyi münasibətilə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət etmiş, əziz xatirəsini ehtiramla yad etmiş, Ulu Öndərin və görkəmli oftalmoloq akademik Zərifə xanım Əliyevanın məzarları önünə əklil və gül dəstələri qoymuşlar. Xidmətin şəxsi heyəti Şəhidlər Xiyabanını ziyarət edərək Vətənimizin müstəqilliyi, xalqımızın azadlığı, sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş mərd bacı və qardaşlarımızın xatirəsini ehtiramla yad edərək “Əbədi məşəl” abidə kompleksi önünə əklil qoymuşlar.

Sonra Xidmətin rəisi və rəhbər heyət Xidmətin inzibati binasının foyesində Ulu öndərə həsr olunmuş guşəyə baxış keçirərək, Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoymuşlar.

Daha sonra Xidmətin inzibati binasında təntənəli yubiley mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarması, müdrik və uzaqgörən siyasətçi kimi ölkəmizin təhlükəsizliyinə xüsusi diqqət yetirməsi və Xidmətin yaranması haqqında ətraflı məlumat vermişdir. O, qeyd etmişdir ki, Ulu Öndərin 23.08.1993-cü il ta­rix­li 734 nöm­rə­li Fər­ma­nı ilə Xü­su­si Döv­lət Mü­ha­fi­zə Xid­mə­ti yaradılmış, onun əsasında isə Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­ziden­ti, Si­lah­lı Qüv­və­lə­rin Ali Baş Ko­manda­nı cə­nab İl­ham Əli­ye­vin 16.03.2020-ci il ta­rix­li 957 nöm­rə­li Fər­ma­nı ilə Azər­bay­can Respub­li­ka­sı­nın Xü­su­si Ra­bi­tə və İn­for­ma­si­ya Təh­lü­kə­siz­li­yi Döv­lət Xid­mə­ti ya­ra­dıl­mışdır. Bu gün ölkədə etibarlı rabitə-kommunikasiya sisteminin yaradılması və informasiya təhlükəsizliyinin mühafizəsi üzrə mühüm vəzifələrin yerinə yetirilməsində Xidmətin səmərəli rolunu vurğulamışdır.

Tədbir zamanı Xidmət rəisi ölkə başçısı İlham Əliyevin hərtərəfli diqqət və qayğısı sayəsində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət orqanları üçün xüsusi rabitənin, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrin keyfiyyətli, dayanıqlı və təhlükəsiz fəaliyyətinin təmin edilməsi istiqamətində vəzifə borclarını layiqincə yerinə yetirilməsini və Xid­mətin bir­ba­şa Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti­nə ta­be­ olmasını və onun qar­şı­sın­da he­sa­bat ve­rməyini vurğulamışdır.

Sonra Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi Xidmətin bir sıra əməkdaşlarının təltif olunması haqqında Azərbaycan Respublikasının Pre­ziden­ti­nin Sə­rən­ca­mlarını oxuyaraq, bu münasibətlə təltif olunanları təbrik etdi.

Tədbirin sonunda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin kollektivi adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət qəbul edildi.

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur