"İnformasiya Təhlükəsizliyi Təqvimi" layihəsi dövlət qurumlarında informasiya təhlükəsizliyi vərdişlərinin gücləndirilməsi və maarifləndirmə məqsədi ilə 2023-cü ildə başladılmışdır. Sözügedən layihə üzrə informasiya təhlükəsizliyinin müxtəlif aspektlərini əhatə etməklə ümumilikdə 12 təhlükəsizlik istiqamətini əhatə edən və hər bir ay üzrə müəyyən olunmuş mövzuya uyğun ümumi məlumatlandırma, müxtəlif təhlükəsizlik qaydaları, eləcə də hər bir ayın son cümə günü ayın mövzusuna uyğun onlayn canlı maarifləndirmə seminarlarının təşkili ilə həyata keçirilir. Stolüstü təqvim və yaddaş kitabçası halında da çap olunaraq dövlət qurumlarına paylanan təqvim üzrə təlimlərdə iştirak etmək üçün təqvim üzərində qeyd olunmuş müvafiq qr-kodun scan olunması və ya aşağıdakı keçidlərdən istifadə etməklə iştirak edilə bilər.
Rəqəmsal kimlik və ünsiyyət: Məlumat və reputasiyanın qorunması
Kiberhücumların təhlili və reaksiyası
Resursların Qeydiyyatı və Ekspertizası
Hər kəs üçün kibergigiyena
DevSecOps Mədəniyyəti
Qurumdaxili İnformasiya Təhlükəsizliyi Siyasətlərinin idarə edilməsi
Rəqəmsal dünyada hüquqi savadlılıq
Bulud Təhlükəsizliyi
Məlumatların İdarəetməsi
Kibertəhlükəsizlik psixologiyası
Təhdid ovçuluğu
İnformasiya Təhlükəsizliyi Risklərinin idarə edilməsi













