"İnformasiya Təhlükəsizliyi Təqvimi" layihəsi dövlət qurumlarında informasiya təhlükəsizliyi vərdişlərinin gücləndirilməsi və maarifləndirmə məqsədi ilə 2023-cü ildə başladılmışdır. Sözügedən layihə üzrə informasiya təhlükəsizliyinin müxtəlif aspektlərini əhatə etməklə ümumilikdə 12 təhlükəsizlik istiqamətini əhatə edən və hər bir ay üzrə müəyyən olunmuş mövzuya uyğun ümumi məlumatlandırma, müxtəlif təhlükəsizlik qaydaları, eləcə də hər bir ayın son cümə günü ayın mövzusuna uyğun onlayn canlı maarifləndirmə seminarlarının təşkili ilə həyata keçirilir. Stolüstü təqvim və yaddaş kitabçası halında da çap olunaraq dövlət qurumlarına paylanan təqvim üzrə təlimlərdə iştirak etmək üçün təqvim üzərində qeyd olunmuş müvafiq qr-kodun scan olunması və ya aşağıdakı keçidlərdən istifadə etməklə iştirak edilə bilər.
SOSİAL MÜHƏNDİSLİK VƏ FİŞİNQ HÜCUMLARDAN QORUNMA AYI
İNTERNET TƏHLÜKƏSİZLİYİ AYI
YAZ TƏMİZLİYİ AYI
MİFLƏR VƏ HƏQİQƏTLƏR AYI
SOSİAL ŞƏBƏKƏLƏRDƏN TƏHLÜKƏSİZ İSTİFADƏ AYI
MƏXFİLİK AYI
SƏYAHƏT TƏHLÜKƏSİZLİYİ AYI
KOMPUTER TƏHLÜKƏSİZLİYİNİN GÜCLƏNDİRİLMƏSİ AYI
KİBERGİGİYENA - KİBERTƏHLÜKƏSİZLİK MAARİFLƏNDİRMƏ AYI
SMARTFONDAN TƏHLÜKƏSİZ İSTİFADƏ AYI
UŞAQLARIN KİBERTƏHLÜKƏLƏRDƏN QORUNMA AYI
KİBERİNSİDENTLƏRLƏ MÜBARİZƏ AYI