Axtarış...

Microsoft www.skype.com - da olan XSS boşluğu aradan qaldırdı

 İnformasiya Təhlükəsizliyi sahəsi üzrə mütəxəsis Mirza Burhan Baig skype - ın rəsmi səhifəsi olan www.skype.com saytında XSS boşluğun olması haqda məlumat yayıb.

Ekspertin sözlərinə görə, aşkar olunan boşluq haqda Microsoft şirkətinə hələ 2012-ci ilin dekabr ayında məlumat verilib. Lakin yaranmış boşluq bu ilin mart ayında aradan qaldırılmış və mütəxəsisə bu haqda məlumat verilmişdir. Mirza Burhan Baig - a təşəkkür olaraq artıq 3 dəfə Microsoft şirkəti onun adını “Security Researcher Acknowledgments for Microsoft Online Services” yəni şirkətin məhsul və xidmətlərində yaranan boşluqları aradan qaldıran kənar İT mütəxəsisləri siyahısına daxil edib.

Bundan öncə isə Mirza Burhan Baig Apple - ın və Microsoft Surface - in rəsmi səhifələrində olan boşluqlar haqda məlumat verib.

© 2011-2024 Bütün Hüquqlar Qorunur