Axtarış...

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “İnformasiya təhlükəsizliyi problemləri üzrə I respublika elmi-praktiki konfransı”

                           

 Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq 16-17 may 2013-cü il tarixdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “İnformasiya təhlükəsizliyi problemləri üzrə I respublika elmi-praktiki konfransı” keçiriləcəkdir. Konfransın AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilməsi qərara alınmışdır.

Konfransın istiqamətləri:

  • E-dövlətin informasiya təhlükəsizliyi problemləri
  • İnformasiya mühafizəsi texnologiyaları
  • İnformasiya təhlükəsizliyinin humanitar problemləri
  • Fərdi məlumatların mühafizəsi
  • İnformasiya təhlükəsizliyi standartları və sertifikatlaşdırma
  • Şəbəkə, mobil və paylanmış sistemlərin təhlükəsizliyi
  • Veb sistemlərin təhlükəsizliyi
  • Bulud texnologiyalarının təhlükəsizliyi
  • Elektron imza və tətbiqi kriptoqrafiya
  • Biometrik informasiya texnologiyaları
  • İnformasiya təhlükəsizliyi insidentlərinin emalı
  • İnformasiya təhlükəsizliyi risqlərinin idarə edilməsi
  • İnformasiya təhlükəsizliyi üzrə kadr hazırlığı problemləri

Məruzələrin tərtibatına dair tələblər

Əvvəllər çap olunmamış və konfransın elmi istiqamətlərinə uyğun aktual elmi-praktiki problemlərə dair materiallar qəbul olunur.
Məruzə həcmi 4 səhifədən (cədvəl, şəkil və ədəbiyyat daxil olmaqla) artıq olmamaq şərtilə elektron şəkildə infosec@iit.ab.az ünvanına təqdim edilməlidir.
Məruzədə məsələnin aktuallığı, qoyuluşu və onun həlli yolları, elmi yenilik və əldə olunmuş nəticələrin praktiki dəyəri əks olunmalıdır.
Məruzənin formatı IEEE standartına (bax. Sample_IEEE.doc) tam uyğun olmalıdır. Faylın yaradılması üçün Sample_IEEE.doc şablonundan istifadə edilməlidir. Düsturların Microsoft Equation redaktorunda (avtomatik parametrlər ilə) yığılmasına icazə verilir. Məqaləyə müəllif(lər)in soyad(lar)ı, məruzənin adı və məruzənin annotasiyası ingilis dilində əlavə edilməlidir.

Məruzəçilər MS PowerPoint redaktorunda “On-screen Show” (“Ekran”) formatında slaydlar hazırlamalıdırlar. Məruzəni şifahi olaraq konfransın işçi dillərindən birində (ingilis, Azərbaycan və rus) etmək olar.

Şablonu yükləmək olar Sample_IEEE.pdf

 Sample_IEEE.doc şablonunun Azərbaycan dilinə tərcüməsi Sample_AZ.pdf

Mühüm tarixlər

19 aprel 2013-cü il
Məruzələrin təqdim edilməsinin son günü

03 may 2013-cü il
Məruzələrin qəbulu haqqında müəlliflərin məlumatlandırılmasının son günü

16-17 may 2013-cü il
Konfransın iş günləri


Əlaqə məlumatları:
AMEA İnformasiya Texnologiyaları İnstitutu
Tel: (+994 12) 539-01-67
(+994 12) 510-42-53
E-poçt: infosec@iit.ab.az
Faks: (+994 12)539-61-21

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur