Axtarış...

TP-Link ötürücülərində "Arxa qapı" aşkar olunmuşdur

 

İnformasiya Təhlükəsizliyi ilə məşğul olan Sekurek layihəsi TP-Link şirkətinə məxsus ötürücülərdə bekdorun olması haqda məlumat yayıb. Bu bekdorun köməyi ilə lokal şəbəkənin istifadəçisi qurğu üzərində tam nəzarəti əldə edə bilər. Təhqiqatçılar boşluğun istismarı üçün POC-kodu təqdim etdilər, hansı ki, TL-WDR4300 və TL-WR743ND kimi ötürücülərdə yayılmışdır.

Bekdoru istismar edərkən xaker şəbəkə qurğusuna tam idarəetməni əldə edə bilər. Sekurek-in əməkdaşları TP-Link - in rəhbərliyinə yaranan boşluq haqda məlumat yayıblar lakin əks tərəfdən heç bir addım atılmayıb.

© 2011-2024 Bütün Hüquqlar Qorunur