Axtarış...

Pwn2Own müsabiqəsində xakerlər Chrome, Firefox, IE 10 və Java-nı sındırıblar

Müsabiqənin iştirakçıları etiraf ediblər ki, bu ilki boşluqların axtarılmasına və eksploitlərin yazılmasına bir neçə ay sərf ediblər. Müsabiqə çərçivəsində Pwn2Own - un iştirakçıları əvvəllər istifadə olunmayan Chrome, Firefox, IE 10, Windows 8 və Java-dakı boşluqlardan istifadə ediblər. Xakerlər brauzerlərin ən son və stabil versiyalarını həmçinin Windows 7, 8 və Mac OS X Mountain Lion kimi əməliyyat sistemlərini sındırıblar.

Bu haqda daha da ətraflı şirkətlər tərəfindən boşluqlar aradan qaldırdıqdan sonra kütləvi informasiya vasitələrinə məlumat veriləcək.

Pwn2Own müsabiqəsinin mükafat fondu bu il yetərli olaraq artırılıb. Müsabiqə zamanı sındırılmalara görə olan mükafat məbləğləri Chrome üçün 100.000$, İnternet Explorer üçün 75.000$, Firefox üçün 60.000$, Safari üçün isə 65.000$ təşkil etmişdir.

Onu da qeyd etmək istərdik ki, iştirakçılar yetkinliklə bu ilki müsabiqənin çətin olduğunu və ötən ildəkilərdən daha da məsuliyyətli hazırlaşdıqlarını bildiriblər.

© 2011-2024 Bütün Hüquqlar Qorunur