Axtarış...

Facebook və Apple - in ardınca xakerlər Microsoft - a hücum etdilər

Facebook və Apple - in ardınca xakerlər Microsoft - a hücum etdilər

Microsoft şirkəti öz kompyuterlərinin kiber hücuma məruz qalması haqda məlumat yayıblar. Qeydə alınan insident Facebook və Apple - in ofis kompyuterlərinin üzərinə hücumundan sonra baş verib. Microsoftun rəsmi bloqunda qeyd edilir ki, zərərverici proqram az sayda kompyuterlərə yoluxub və onların arasında Mac kompyuterləri də var. Virus microsoftun kompyuterlərinə Facebook və Apple - a düşən eyni formada yoluxub. Belə ki, əməkdaşlardan kimsə yoluxmuş sayta daxil olmuş və oradan da viruslar həmin şəbəkəyə yoluxmuşlar. Bu növ hücum Microsoft və digər şirkətlər üçün yeni və gözlənilməz deyildi. Digər şirkətlər kimi Microsoft da bu insidenti araşdırır və təhqiqatlar aparır.

© 2011-2024 Bütün Hüquqlar Qorunur