Axtarış...

Apple - in daxili şəbəkəsi xaker hücumuna məruz qalıb

Apple - in daxili şəbəkəsi xaker hücumuna məruz qalıb

Bildirmək istərdik ki, artıq Apple şirkəti də digər Amerika şirkətləri kimi xaker hücumuna məruz qalması haqda məlumat verib. Bu gün Apple - dan bildiriblər ki, az sayda daxili şəbəkəyə aid kompyuterlərdə xaker hücumları qeydə alınmışdır. Belə ki, hücumun reallaşdırılması zamanı Java eksploitindən istifadə edilmişdir. Bu isə az öncə hücuma məruz qalan digər Facebook, Twitter, The New York Times və The Wall Street Journal kimi saytlarda da qeydə alınmışdır. Apple - dan qeyd edirlər ki, hər hansı istifadəçi verilənlərinin oğurlanması haqda dəqiq məlimat yoxdur. Hal-hazırda şirkət xakerlərin ifşası üçün bir neçə Amerika agentlikləri ilə əməkdaşlıq edir. Bundan əlavə isə Apple şirkəti Mac üçün Java (2013-001) və növbəti versiya iTunes 11.0.2 üçün yenilənmələr hazırlayıb. Şirkətdən bildirirlər ki, Java köhnəlmiş Java SE 6 plaginini blok edir və istifadəçiyə Java SE 7 - ni yeniləmək haqda bildiriş göndərir.

© 2011-2024 Bütün Hüquqlar Qorunur