XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ
XÜSUSİ RABİTƏ VƏ İNFORMASİYA
TƏHLÜKƏSİZLİYİ DÖVLƏT AGENTLİYİ

KOMPÜTER İNSİDENTLƏRİNƏ QARŞI MÜBARİZƏ
MƏRKƏZİ

İnsident bildir

Xəbərlər > FedEx-dən gələn saxta məktublar Trojan.Smoaler - ə yoluxdurur.

16 Fev 2013

             

Symantec şirkəti FedEx-dan saxta elektron məktubların yayıldığını bildirib. Məktubda bildirilir ki, istifadəçi ona göndərilən bağlamanı yaxınlıqda yerləşən FedEx şöbələrindən internetdə elektron poçta gələn qəbzi çap edib gətirməklə ala bilər. Sözsüz ki, heç bir bağlamadan söhbət gedə bilməz. Belə ki, elektron poçt ilə alınan internet adresə daxil olursa, ona PostalReceipt.zip arxivini yükləmək təklif olunacaq, hansı ki, tərkibində zərərverici PostalReceipt.exe faylı yerləşir. Bildirmək istərdik ki, Trojan.Smoaler yerləşən sayt hər gün yenilənir. FedEx şirkəti öz saytında xəbərdarlıq və yayılan informasiyanın onlayn təhlükəsizliyi haqda məlumat dərc edib. Symantec-in mütəxəsisləri aktual olan antivirus proqram təminatından istifadə etməyi məsləhət görür. Təhlükəsizliyiniz üçün bildirək ki, naməlum elektron poçt ünvanlarından gələn məktubları açmağınız məsləhət görülmür.