XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ
XÜSUSİ RABİTƏ VƏ İNFORMASİYA
TƏHLÜKƏSİZLİYİ DÖVLƏT AGENTLİYİ

KOMPÜTER İNSİDENTLƏRİNƏ QARŞI MÜBARİZƏ
MƏRKƏZİ

İnsident bildir

Xəbərlər > XSS hücumların sayı narahat edici dərəcədə artıb.

30 Yan 2013

Firehost hostinq şirkətinin məlumatlarına görə son 3 ay ərzində bu cür hücumların sayı 160 % artmışdır. Firehost hostinq şirkətinin analitikləri rüblük hesabatda təşkilatlara müxtəlif yönümlü xaker hücumlarının sayının artdığını bildiriblər. 2012-ci ilin son rübündə isə XSS hücumların sayı təxminən 160 % artıb. 2012-ci il boyunca müxtəlif növ 64 milyon hücum blok edilmişdir. Edilən hücumlarda XSS hücumları da blok edilmişdir. Analitiklər qeyd edirlər ki, aparılan SQL inyeksiyalarda da əhəmiyyətli artım qeydə alınmışdır. Bu növ hücum da XSS-lə birlikdə kiberhücum qrupuna aid edilir. Bunlar isə bazada qorunan məxfi informasiyaların oğurlanmasında geniş istifadə olunur. Belə desək, kiberhücum qrupuna 4 müxtəlif növ sındırılma aiddir:

  • Cross-site Request Forgery (CSRF hücum)
  • Kataloqların "gəzintisi" (Directory Traversal)
  • Cross-site Scripting (XSS hücum)
  • SQL İnyeksiya

                  

Beləliklə göstərilən son 2 tip xakerlər arasında daha da geniş yayılıb və nüfuz qazanmışdır.