Axtarış...

Waladec botneti ABŞ-ın kompyuterlərini aktiv olaraq yoluxdurur.

                          

Waladec botnetinin yaradıcıları zərərverici proqramdan yeni Virut botnetini yaratmaq üçün istifadə ediblər. Hal-hazırda yoluxmuş kompyuterlərin sayı durmadan artmaqda davam edir və əksəriyyəti ABŞ-a aiddir. Ekspertlər botnetin yüksək aktivliyini Virut zərərvericisilə əlaqələndirirlər, hansı ki, fərdi kompyuterlər üçün istifadə olunur. Waladec - in əsas hədəfi C&C botnet serverindən aldığı siyahı əsasında müvafiq ünvanlara spam məktubu göndərməkdən ibarətdir. Symantec - in araşdırmalarına görə demək olar ki, botnet hər gün 1.2 milyard - 3.6 milyarda qədər spam göndərir. "Kompyuterdə Virut və Waladec - in mövcud olması zərərverici proqramların birgə əməkdaşlığının daha bir nümunəsidir. Bundan əlavə bu iki təhlükənin artıq bu iki yoluxmuş kompyuterə bir də yoluxması mümkündür" - Symantec-in təhlükəsizlik üzrə mütəxəsisləri belə bildiriblər.

© 2011-2024 Bütün Hüquqlar Qorunur