Axtarış...

Şəbəkədə Java-da olan boşluq üçün eksploit yarandı

                 

Blackhole və Nuclear Pack – ın yaradıcıları bildirirlər ki, eksploit onların müştəriləri üçün əsl yeni il hədiyyəsi olmuşdur. Blackhole və Nuclear Pack kimi eksploit dəstlərinin müəllifləri olan xakerlər qeyd edirlər ki, bu dəstlərə yeni eksploitlər əlavə olunmuşdur hansı ki, Java-da hələdə aradan qaldırılmamış boşluğa hücum edir. Bu ilin yanvarın 9-da Paunch ləqəbi altında gizlənən və Blackhole-un yaradıcısı olan xaker bildirmişdir ki, Javadan istifadə edən istifadəçilər bu boşluqdan özlərini qorusunlar. Bu zərərverici proqramın müəllifi yaranan boşluğu Java 7-nin bütün versiyalarında həmçinin Java 7 Update 10-da da olduğunu vurğulayır. Qeyd etmək istərdik ki, Oracle şirkəti ilə bu faktla bağlı yaranan problem haqda heç bir fikir bildirməyib. Hətta bu gün Alienvault Labs şirkətinin informasiya təhlükəsizliyi üzrə mütəxəsisləri bu boşluqların Java-nın en son yeniləmələrində də olduğunu təsdiqləyiblər.

© 2011-2024 Bütün Hüquqlar Qorunur