Axtarış...

Diqqət! İsveçrədə məhkəmənin verdiyi qərardan sonra ProtonMail fəalların IP ünvanını səlahiyyətli orqanlara təqdim edib.

Diqqət! İsveçrədə məhkəmənin verdiyi qərardan sonra ProtonMail fəalların IP ünvanını səlahiyyətli orqanlara təqdim edib.

Birbaşa şifrələmə ilə qorunan poçt provayderi olan ProtonMail tənqid atəşinə tutulub. Bunun səbibi onun məhkəmə orqanında daxil olmuş sorğunu qəbul edərək, gentrifikasiya əleyhinə çıxış edən fəalların IP ünvanlarını hüquq-mühafizə orqanları ilə paylaşması olub. Nəticədə, onları Fransada həbs ediblər.

İsveçrədə təsis edilmiş şirkət qeyd edir ki, onlara İqlim dəyişikliyi gəncliyi (Youth for Climate) adlandırılan cəmiyyətlə bağlı "İsveçrə Federal Ədliyyə Şöbəsindən məcburi qərar" daxil olub. Onlar üçün həmin qərarın icrası "məcburi idi" və həmin qərara əsasən, onlar qrupun ProtonMail hesabına daxil olduğu IP ünvanları və bunun üçün istifadə etdikləri qurğu növünü bildirmək məcburiyyətində idi.

ProtonMail-in veb saytında bu cür elan mövcuddur: "Etibarlı elektron poçt hesabı yaratmağınız üçün şəxsi məlumatları daxil etmək tələb olunmur. Adətən, biz anonim elektron poçt hesabınıza bağlana biləcək IP jurnallarından istifadə etmirik. Məxfiliyiniz hər şeydən öncə gəlir."

IP jurnallarla bağlı pretenziyaların olmamasına baxmayaraq, şirkət qəbul edir ki, onların İsveçrəyə aid olmayan hüquq-mühafizə orqanlarının dediklərini məcbur şəkildə etmələri qeyri-qanunidir, lakin, İsveçrə orqanları Avropol kimi xarici xidmətlərə yardım etməyə razılıq verdiyi zaman onlar bunu etmək məcburiyyətindədir.

Reddit-də uzun yazdığı cavabında şirkət qeyd edir: "Faktiki olaraq İsveçrə qanunvericiliyinə zidd hərəkət mövcud idi (hər bir işi hüquqi baxımdan araşdıran Federal Ədliyyə Departamentinin son qərarı belə idi) Buna görə bu xüsusi sorğuya qarşı çıxmaq və ya onu icra etməmək mümkün olmamışdır".

Başqa cür desək, hər hansı bir şəxs ölkədə qeyri-qanuni hesab olunan fəaliyyətlə məşğul olduğu zaman ProtonMail sadəcə İsveçrə hökumətinin verdiyi qərarları icra etmək məcburiyyətində olmayıb, həmçinin müvafiq məlumatları bildirməyə məcbur edilə bilər. Şirkətin şəffaflıq hesabatına əsasən, bura "xüsusilə kriminal hallarda" istifadəçilərin IP ünvanlarının yoxlanması da daxildir

Yenilənmə

"İqlim dəyişikliyi fəallarının həbsi ilə bağlı vacib açıqlamalar" adlı bloq paylaşımında Andy Yen qeyd edir ki, İsveçrədə cinayət araşdırması getdiyi zaman şirkət istifadəçilərə məxsus hesablarla bağlı məlumatların toplanmasına məcbur edilə bilər. Aydındır ki, adi vaxtlarda buna yol verilmir, lakin Proton-a xüsusi bir hesabla bağlı hüquqi sorğu daxil olduğu halda, buna yol verilə bilər."

© 2011-2024 Bütün Hüquqlar Qorunur