Axtarış...

Android üçün olan troyan internet saytlarına hücum edir.

       

 

Doktor Veb şirkətinin təhlükəsizlik üzrə mütəxəsisləri Android.DDoS.1.origin adını almış yeni troyan aşkar ediblər. Hansı ki, müxtəlif veb resurslara DDoS hücumlar edir , həmçinin istifadəçinin mobil telefonundan istifadə edərək sms məktublar göndərir. Android mobil platforması istifadə olunan smartfona yükləndikdən sonra zərərverici proqram Google Play internet resursuna daxil olmaq üçün öz işarəsini yaradır. Uğurlu yükləndikdən sonra virus xakerlərin məsafəli serveri ilə növbəti tapşırıqları almaq üçün əlaqə yaratmağa çalışır. Göstərişləri yerinə yetirərək zərərverici proqram kibercinayətkarların digər göstərişlərini yerinə yetirərək hətta DDoS hücumlar da edə bilir. Mütəxəsislərin sözlərinə görə virus yoluxmuş smartfonun işləmə keyfiyyətini aşağı salır. Həmçinin istifadəçiyə internet şəbəkəsinə daxil olaraq və ödənişli sms göndərərək maddi zərər vurur.

© 2011-2024 Bütün Hüquqlar Qorunur