XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ
XÜSUSİ RABİTƏ VƏ İNFORMASİYA
TƏHLÜKƏSİZLİYİ DÖVLƏT AGENTLİYİ

KOMPÜTER İNSİDENTLƏRİNƏ QARŞI MÜBARİZƏ
MƏRKƏZİ

İnsident bildir

Xəbərlər > Symantec : Maliyyə üzrə olan müəssisələrdə Stabuniq virusu aşkar olunub.

25 Dek 2012

            

Mütəxəsislər hesab edirlər ki, serverlərdə olan informasiyalar məhz bu virusun köməkliyi ilə oğurlanır. İnformasiya təhlükəsizliyi və antivirus sahəsi üzrə proqram təminatı ilə məşğul olan Symantec şirkəti ABŞ – in bəzi maliyyə müəssisələri Stabuniq virusuna görə informasiya itkisinə məruz qalır. Bu virus maliyyə idarələrində və banklara məxsus bir çox mail serverlərdə, proksi serverlərdə aşkar olunmuşdur. Symantec – in rəsmi internet səhifəsindən götürülən məlumata əsasən, aşkar olunan Trojan.Stabuniq virusunun yarısı ev istifadəçilərinin,11 %-i şirkətlərdə hansılar ki, internet təhlükəsziliklə məşğuldurlar, 39%%=i isə ABŞ-ın maliyyə müəssisələrində aşkarlanmışdır. Mütəxəsislərin fikirlərinə görə Stabuniq yarandığı gündən digər troyanlara nisbətə az kompyuterlərə yoluxmuşdur. Bu statistika onu sübut edir ki, virusun müəllifləri adi hücumlar üçün deyil müəyyən təbəqə insanlar və təşkilatlara kütləvi hücum etmək üçün nəzərdə tutublar. Yoluxmuş İP adreslərin əksəriyyəti Birləşmiş Ştataların şərq hissəsində qeydə alınmışdır. Bu növ virus spam-məktub və veb sayt köməkliyi ilə yayılır. Hal-hazırda virus informasiyanın yığılması üçün istifadə olunur.