Axtarış...

“Mail.ru”-da olan e-mail ünvanınızın məxfiçiliyinə əminsinizmi?!

“Mail.ru”-da olan e-mail ünvanınızın məxfiçiliyinə əminsinizmi?!

AkaStep kod adlı şəxsin apardığı tədqiqat və testlər nəticəsində, mail.ru agentlərinin istifadəçilərin e-mail ünvanlarına daxil olub konfidensiallığa zidd olaraq istifadəçilərin məktublarını oxuduğu müəyyən olunmuşdur. Adı çəkilən şəxs snifferlə mail.ru ünvanını test edərkən istifadəçinin “offline” olmasına baxmayaraq, snifferdə göndərilən məktubları yoxlayan "əlavə_2"-də göstərilən İP ünvan qeydiyyata düşmüşdür. İP ünvanın yoxlanılması nəticəsində, İP ünvanın mail.ru-ya aid olduğu müəyyənləşdirilmişdir. (bax: əlavə_2)

Bu da mail.ru agentlərinin, istifadəçilərin e-mail ünvanlarına daxil olub konfidensiallığa zidd olaraq istifadəçilərin məktublarını oxuması barədə olan səs-küylü açıqlamaları bir daha təsdiq etmiş olur. Nəzərinizə çatdıraq ki, hazırda Azərbaycanda təxminən 957 min istifadəçi hesabının olması müəyyənləşdirilmişdir. (bax: əlavə_1)

Bu kimi halların bir çox mail xidməti verən şirkətlərdə rastlanan hal olduğunu nəzərə alaraq, istənilən mail xidmətindən istifadə zamanı konfidensial materealların göndərilməsində PGP və oxşar şifrələmə vasitələrindən istifadə etmənizi TÖVSİYYƏ edirik!

 Əlavə_1

Əlavə_2

 

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur