Axtarış...

Dr.Web : Yeni troyan web resurslara daxil olmağa qadağa qoyur.

      

Dr.Web antivirus şirkəti troyan proqramları ailəsinə aid yeni virusun aşkar olunması haqda məlumat yayıb. Hansı ki, internet saytlara daxil olmağa qadağa qoymaq üzrə “ixtisaslaşıb”. Trojan.BrowseBan.480 adlı bu troyan istifadə çinin kompyuterinə düşdükdə ora yüklənmiş brauzerləri yoxlayır sonra isə yoluxmuş sistemə hər bir brauzer üçün hazırlanmış zərərverici funksiyaya malik modulları yükləməyə başlayır. Hər bir brauzer üçün hazırlanmış xüsusi plaginə troyan istifadəçinin internetə qoşulma parametrlərini dəyişir. Sonra isə zərərverici proqram istifadəçinin daxil olduğu müvafiq saytları blok edir və xüsusi pəncərə açılır hansında ki, istifadəçinin şəbəkəyə daxil olması üçün kod və mobil telefonu yığması tələb olunur. İstifadəçi bunlara əməl etdikdə isə onun mobil telefonunda olan hesabından vaxtaşırı müxtəlif miqdarda ödənişlər çıxılır.

© 2011-2024 Bütün Hüquqlar Qorunur