Axtarış...

Milyonlarla router təhlükə qarşısındadır.

Milyonlarla router təhlükə qarşısındadır.

Trustwave şirkətinin informasiya təhlükəsizliyi üzrə mütəxəssisləri MikroTik şirkətinin marşrutlayıcılarına qarşı həyata keçirilmiş genişmiqyaslı xaker hücumunu aşkar ediblər. Onlar tədqiqatın nəticələrini öz saytlarında da dərc ediblər.
 
Xakerlər routerləri brauzerdə kompüter sahibindən gizlin kriptovalyuta əldə etməyə imkan verən Coinhive skriptinin nüsxəsi ilə yoluxdurublar. Belə ki, ilk öncə xaker hücumunun hədəfi Braziliya sakinləri olub: xakerlər ilk mərhələdə ölkədəki təxminən 7200 MikroTik marşrutlayıcısına müdaxilə ediblər. Hazırda isə 200 mindən çox qurğu xaker hücumuna məruz qalıb.


Mütəxəssislər hesab edirlər ki, xakerlər Winbox komponentindəki "zeroday" boşluğundan istifadə ediblər. MikroTik şirkəti artıq növbəti gün bu problemi aradan qaldırıb, ancaq bir çox istifadəçilər indiyədək lazımi təhlükəsizlik paketini quraşdırmayıblar.

© 2011-2024 Bütün Hüquqlar Qorunur