Axtarış...

Adobe şirkəti Flash Player məhsulundakı boşluğu aradan qaldırdı.

Adobe şirkəti Flash Player məhsulundakı boşluğu aradan qaldırdı.

Adobe şirkəti Flash Pleyerdə 4 təhlükəli boşluğu və ixtiyari kodu məsafəli icra etmək imkanı verən (CVE-2018-5002), beləliklə də buferin dolmasına gətirib çıxaran problemi aradan qaldırıblar. Adobe şirkətinin nümayəndələrinin sözlərinə görə, CVE-2018-5002 boşluğu Windows əməliyyat sistemi istifadəçilərinə hücum zamanı istismar olunur. Xakerlər eksploiti Microsoft Office sənədlərində gizlədərək elektron poçt vasitəsilə yayırlar. Adobe Flash Player 30.0.0.113 sonuncu versiyasında da daha 3 digər boşluq aradan qaldırılıb. Xüsusilə, CVE-2018-4945, hansı ki, kod icra etmək, CVE-2018- 5000 və CVE-2018-5001 problemləri isə mühüm məlumatları aşkar etmək imkanı verə bilər. Problemlər Adobe Flash Player 29.0.0.171 və daha erkən versiyalarına aid edilir. Adobe şirkətini Trend Micro Zero Day Initiative (ZDI) təşəbbüsü çərçivəsində  CVE-2018-5000 və CVE-2018-5001 boşluqları barədə məlumatlandırıblar.

© 2011-2024 Bütün Hüquqlar Qorunur