Axtarış...

Microsoft proqram təminatlarındakı boşluqların statistikası

Microsoft proqram təminatlarındakı boşluqların statistikası

  4 il ərzində Microsoft proqram təminatındakı boşluqların sayı 111% artmışdır. Microsoft şirkətinin proqram təminatında aşkar edilmiş boşluqların sayı 2013-cü ildə 325-dən 685-dək artmışdır. Bundan savayı, 2016-cı ildən etibarən Microsoft -un həllərində kritik boşluqların sayı 54%-ə qədər yüksəlib. Bu barədə Avecto şirkətinin kibertəhlükəsizlik  mütəxəssisləri məlumat veriblər. Belə ki, hesabata əsasən, 2017-ci ildə Windows 10 əməliyyat sistemində boşluqların sayı 64%, Microsoft Edge brauzerində isə kritik boşluqların sayı 46% artmışdır. Bu statistikanı belə Windows 10 sistemi və Microsoft Edge brauzerinin yeni məhsul olması ilə izah etmək olar.

Ötən il Microsoft şirkəti Windows Vista, Windows 7, Windows RT, Windows 8/8.1 və Windows 10 əməliyyat sistemlərinə zərər verən 587 boşluq haqda məlumat vermişdir. "Bu, rekord göstəricidir. 2017-ci ildə ötən illə müqayisədə əlavə 232 boşluq aşkar edilib və 2012-ci illə müqayisədə 132%-lik artım qeydə alınıb" –  mütəxəssislər bildiriblər.

Digər boşluqlar isə növbəti kateqoriyalara bölünmüşdür:

  • İnformasiyanın aşkar olunması;
  • İmtiyazları artırılması;
  • Xidmətetmədən imtina;
  • Təhlükəsizlik funksiyalarından yan keçmək; 

İstinad : SecurityLab.ru

© 2011-2024 Bütün Hüquqlar Qorunur