Axtarış...

Diqqət! 1.4 milyard istifadəçi hesabı xakerlerin əlində...

Diqqət! 1.4 milyard istifadəçi hesabı xakerlerin əlində...

4İQ şirkəti deep veb -də apardığı analizlər zamanı 1.4 milyard istifadəçi məlumatlarının satıldığını aşkar etmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, bu baza bugünədək ictimailəşdirilən bir sıra bazaları özündə birləşdirən və indiyədək aşkar olunan ən böyük bazadır. Milyardlarla uçot məlumatlarınin internetdə satışa çıxarılması kibercinayətkarlara onlara müdaxilə imkanını asanlaşdırır. İndi hətta hiyləsiz və xüsusi xaker biliklərinə malik olmamaqla gizli forumlardan milyardlarla istifadəçiyə məxsus iri həcmli resursdan uçot məlumatlarına giriş əldə etmək mümkündür.  İctimailəşdirilən 1.4 milyard bazada yer alan şifrələr hər biri decrypt olunmuş açıq mətn formatında yerləşdirilmişdir. Bu da bruteforce texnikası ilə şifrə qırılması texnikaları üçün çox böyük və təhlükəli şifrə kitabxanası deməkdir. Aşağıda sizə 40 ən məşhur şifrə siyahısını təqdim edirik: 

Tədqiqatçıların sözlərinə görə ictimailəşdirilən bazaların 14%-i bugünə qədər yayımlanmamış yeni bazalardır.

 Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi hər kəsə öz şifrəsini bir daha yeniləməyi tövsiyyə edir.

© 2011-2024 Bütün Hüquqlar Qorunur