Axtarış...

Yenilik ! Google yeni funksiyanı işə salır.

Yenilik ! Google yeni funksiyanı işə salır.

   Nəhəng axtarış sistemi olan Google yeni funksiyanı işə salır. Belə ki, indi istifadəçilər axtarış verərkən nəticələrdə sizin saytınız "sındırıla" bilər bildirişini alacaqlar («This site may be hacked»). Qeyd olunan bildiriş Google-in hesab etdiyi xakerin müdaxilə mümkünlüyü ola bilən saytların altında çıxacaq. Əgər istifadəçi bu kimi bildirişlərdən qorunmasa kompüterini virusa və digər zərərli proqramlara yoluxdura bilər. Belə bir xəbərdarlığın axtarış bildirişinə aşağıdakı nümunə şəkildən baxmaq olar.

Google şirkəti belə bildiriş verən saytlara israrla girməməyi tövsiyyə edir. Əgər siz belə bir saytın sahibisinizsə hansı addımları atmalısınız:

  • Saytınızı Google Search Console -da yoxlayın və qeydiyyata alın.
  • Search Console -yə daxil olmaq və "sındırıldığı" ehtimal olunaraq əks etdirilən URL ünvanları "Təhlükəsizlik Problemləri" bölməsində yoxlamalısınız. Burada həmçinin saytınızda aşkar olunan boşluqları aradan qaldırmaq üçün müəyyən tədbirlər görməyiniz təklif olunur. Əks halda saytınız yenidən bu problemlə qarşılaşa bilər.
  • Google -in mütəxəssislərinin qeyd olunan boşluqları aradan qaldırmaq üçün xüsusi hazırladığı "Müdaxilə olunmuş saytlar" adlı məqaləsini oxuyun.
  • Görülən tədbirlərdən sonra saytınızı yenidən "Təhlükəsizlik Problemləri" bölməsində yoxlayın. Axtarışdan sonra Google şirkəti saytınızda müdaxilə əlamətləri aşkar etməzsə sizin saytınız "sındırıla" bilər bildirişi saytınızın altından kənarlaşdırılacaq.

© 2011-2024 Bütün Hüquqlar Qorunur