Axtarış...

Kiber Təhlükəsizlik mövzusundakı Bakıda keçiriləcək beynəlxalq konfransa qeydiyyat başlamışdır.

Kiber Təhlükəsizlik mövzusundakı Bakıda keçiriləcək beynəlxalq konfransa qeydiyyat başlamışdır.

 

 

       İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr üzrə “Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzləri”nin “Uncovering Future Threats” adlı 9-cu beynəlxalq illik konfransı 6-9 Noyabr 2017-ci il tarixində Holiday İNN otelində baş tutacaqdır. Konfransın 4 gün müddətində keçirilməsi nəzərdə tutulub. Tədbirin birinci günü OİC-CERT idarə heyətinin görüşü üçün nəzərdə tutulumuş qapalı görüş ilə başlayacaq. Tədbirin ikinci günü 100 nəfər yerli 100 nəfər xairici mütəxəsislərin iştirakı ilə 200 nəfərlik panel müzakirələri və təqdimatları olunacaq.

       Panel müzakirələri və  təqdimatlar 4 əsas mövzunu əhatə edəcək:

  1. Hidden Figures : Origin of the Threats (Management)

Gizli göstəricilər: Təhlükələrin mənşəyi (İdarəetmə) – Hər gün yenilənən hücum texnologiyaları artıq bütün insanları narahat edir. Yeni yaranan və daima yenilənən bu təhlükələri aşkar etməklə yanaşı şirkətlərin, qurumların, insanların hansı şərtlər daxilində bu təhlükəyə qarşı hazır olması hər kəsdə sual yaradır.  Bu sessiyada yeni təhlükə mənbələrindən, o cümlədən də  sosial mediadan gələn təhdidlər müzakirə olunacaq.

 

  1. Session 2: Against the Dark Arts (Technical)

Qaranlıq Kiber Texnikalara Qarşı (Texniki) - Kiber cinayətkarlar mobil və tətbiq kimi müxtəlif platformalarda mövcud olan təhlükəsizlik boşluqlarına hücum etmək üçün müxtəlif texnologiyalardan istifadə edirlər. Bitcoin və Block Chain texnologiyası da istifadəçilər üçün gizli bir təhlükə yaradan yeni maliyyə platforması kimi sürətlə inkişaf edir. Mövcud kiber təhlükəsizliyin qorunması potensial qurban ətrafında bir perimetr qurulmasına və hücumların qarşısını almaq üçün zərərin təyin olunmasına yönəlib. Bu sessiyada hucumların tarixçəsinə, davranışına, həyata keçirilmə mexanizminə və infrastrukturuna diqqət yetirməklə kiber hücumların azaldılmasında müxtəlif yanaşmaların müzakirəsi aparılacaq.

 

  1. Yellow Brick Road (Policy and Process) 

Bulud texnologiyaları və "Əşyaların interneti" kimi yeni texnoloji inkişaf mərhələlələrinin gətirdiyi çoxsaylı yeni təhlükələr və boşluqlar gələcəkdə  informasiya təhlükəsizliyi sahəsindəki mübarizədə üstünlüyü xakerlərə verə bilər. Yeni texnologiyalar psixoloji zərərin yaranmasına gətirib çıxaran kiber və fiziki hücumlar arasındakı fərqləri seçilməz edəcək yeni kiber təhlükələrə səbəb ola bilər. Sessiyada bu yeni çağırışlara qarşı yeni mübarizə metodları, idarəetmə və təhlükəsizlik həllərinin tətbiq olunması müzakirə ediləcəkdir.

 

  1. Shedding the Lights (Management / Technical / Policy and Process) 

Təhlükələrin aşkarlanması (İdarə / Texniki / Siyasət və proses) - Gələcək təhlükələrin üstünü açmanın ən yaxşı yolu nə olacaq? Kiber təhlükələr haqda kəşfiyyat məlumatlarını bölüşmək təşkilatlar daxilində kiber müdafiə üsullarını ciddi şəkildə artıracaqmı? Real vaxt rejimində məsləhətləşmələr mümkün olacaqmı? Xakerlər nə dərəcədə təcrübəlidir və onların istifadələrində olan zərərvericilər hansı dərəcədə ziyankardır?  Bu sessiya gələcəkdə təhlükələri aradan qaldırmaq üçün informasiya mübadiləsi imkanlarını araşdırmaqla gündəmdə müzakirə olunan məsələlərə həsr olunacaq.

Tədbirin 3-cü və 4-cü günləri isə 35 nəfər yerli 35 nəfər xarici mütəxəssis olmaqla 70 nəfərlik quruplar üçün inforasiya təhlükəsizliyi mövzusunda xüsusi təlimlər keçiriləcəkdir.

Konfransda iştirak etmək istəyənlər konfransın rəsmi səhifəsindən qeydiyyatdan keçə bilərlər. Seçilmiş iştirakçılara konfransa 15 gün qalmış müvafiq dəvət göndəriləcək.  Qeyd edək ki, konfransın rəsmi dili ingilis dilidir.

 

Konfransın rəsmi veb səhifəsi: https://www.oic-cert.org/event2017

Tədbirin proqramı: https://www.oic-cert.org/event2017/programme.html

Qeydiyyat keçidi: https://www.oic-cert.org/event2017/registration.html

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur