Axtarış...

Samsung televizorlarının USB fleş kart vasitəsilə məsafəli idarə olunması

Samsung televizorlarında 0-day boşluq aşkar olunmuşdur, hansı ki xakerə televizorun əməliyyat sisteminə administrator hüquqları ilə daxil olub idarə etmək imkanı verir. Xaker yalnız televizorun parametrlərinə deyil hətta telekanalların siyahısına və baxılmış filmlərin tarixinə də baxa bilər. Məsafəli idarəetmənin bütün hüquqlarını aldıqdan sonra televizorun idarəetmə pultunun parametrlərini dəyişə bilər. Beləliklə öz kompyuterinin MAC adresini yazdıqda isə məsafəli rejimdə televizora zərərverici proqram da yükləyə bilər.


Eksploytun müəllifi Luici Auriemma Samsung televizorlarında kifayət qədər ixtisaslaşmış mütəxəsisdir.Luici 0-day boşluğu üçün olan eksploytu saytlarda ödəniş etmiş istifadəçilərə göstərir. Luici Auriemma bu boşluğun hansı televizorlarda mövcud olmadığını qeyd etmir. Luimi bunu ən yeni nəsil bir neçə televizorda test etdiyini söyləyir. Sonda o təhlükənin bütün Samsung televizorlarında olduğunu vurğulamışdır

© 2011-2024 Bütün Hüquqlar Qorunur