Axtarış...

ESET, AES-NI və XData ilə şifrələnmiş faylları bərpa edəcək.

 ESET mütəxəssisləri faylları bərpa etmək üçün XData daxil olmaqla, müxtəlif modifikasiyalarla şifrlənmiş proqramın - AES-NI şantajçının utilitini hazırlayıblar. Qurbanlar, şifrələyicidən zərər çəkmiş faylları mühafizə etmək üçün ESET saytından utilit yükləyə bilərlər. Proqram məlumatları şifrlənmiş aes256, .aes_ni, .aes_ni_0day, həmçinin .~xdata~. uzantıları ilə bərpa etməyə imkan verəcək. ESET, ES-NI yayılmasına görə - zərərli proqramın (Win32/Filecoder.AESNİ.A) ilk versiyaları 8 dekabr 2016-ci ildən yəni, yaranan andan nəzarət edir. 21 may şifrələyicinin qurbanlarına yardım göstərilən BleepingComputer forumunda A versiyası üçün master-açarlar dərc olunmuşdu. Tezliklə Twitterdə B versiyası üçün (Win32/Filecoder.AESNİ.B) açarlar meydana çıxdı. Onları çox güman ki, virusun yaradıcısı olan istifadəçi dərc edib. Bir neçə gün sonra BleepingComputer-də C versiyası üçün də (həmçinin XData kimi tanınan, Win32/Filecoder.AESNİ.C) açarlar yarandı.

AES-NI-in erkən versiyalarında Rusiya və MDB-də yayılmasının qarşısını alan məhdudiyyət nəzərdə tutulmuşdur. Bu taktikaya, bir qayda olaraq, rus virusyazarları öz ölkəsində cinayət təqibindən qaçmaq üçün əsaslanırlar. XData müəllifləri yəqin ki, konkret regiona olan hücum üçün məhdudiyyətdən qurtulublar. Məlumat üçün bildiririk ki, mayın 17-dən 22-dək Ukrayna istifadəçiləri arasında 96% yoluxma cəhdi qeydə alınıb.

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi AES-NI (XData) ilə şifrələnmiş faylları bərpa etmək üçün utiliti download.eset.com saytından endirməyi tövsiyyə edir.

© 2011-2024 Bütün Hüquqlar Qorunur