XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ
XÜSUSİ RABİTƏ VƏ İNFORMASİYA
TƏHLÜKƏSİZLİYİ DÖVLƏT AGENTLİYİ

KOMPÜTER İNSİDENTLƏRİNƏ
QARŞI MÜBARİZƏ
MƏRKƏZİ

İnsident bildir

Xəbərlər > Süni intellekt Gmail -də olan spam və fişinq məktubların 99 % -ni blok edir.

2 İyun 2017

 Google şirkəti Gmail elektron poçt xidmətinə yeni təhlükəsizlik mexanizmləri əlavə edib. Əsas yenilik süni intellektin tətbiqi ilə bağlıdır. Şirkət nümayəndəsinin sözlərinə görə, süni intellekt, demək olar ki, bütün arzuolunmaz məktubları blok edir. Belə ki, öz işində kompüter təliminin xüsusi modelindən istifadə edən Gmail spam və fişinq mesajlarını təxmini 99 % dəqiqliklə müəyyənləşdirməyi öyrənib. Bunun nəticəsində servis tərəfindən emal olunan məktubların 70%-nın spam olması aşkarlanıb.

Bundan əlavə Gmail servisi məlumat itkisinin qarşısını almaq üçün nəzərdə tutulmuş xəbərdarlıq bildirəcək. Məsələn, istifadəçi şirkətə məxsus olmayan domendən istifadə edən şəxsə cavab yazdığı halda sistem bu əməliyyatın edilməsini təhlükəsizlik qaydalarına görə təkrar sorğulayacaq. İstifadəçinin əlaqələri siyahısında olan və ya daim onunla ünsiyyət saxlayan şəxslər üçün bu xəbərdarlıq bildirilməyəcək.

Google, həmçinin fırıldaqçılıq üsullarından istifadə edən proqram təminatı və polimorf zərərverici proqramlara qarşı da yeni daxili qoruma alətləri əlavə edib.