XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ
XÜSUSİ RABİTƏ VƏ İNFORMASİYA
TƏHLÜKƏSİZLİYİ DÖVLƏT AGENTLİYİ

KOMPÜTER İNSİDENTLƏRİNƏ
QARŞI MÜBARİZƏ
MƏRKƏZİ

İnsident bildir

Xəbərlər > Google Android üçün əlavə təhlükəsizlik xidməti təqdim edir.

30 May 2017

 Google bu həftə Android istifadəçilərinin müdafiəsini yaxşılaşdırılması üçün nəzərdə tutulmuş bir sıra xidmətləri işə salıb. Yeni layihə Google Play-in bütün qurğularına daxil olacaq və Android üçün yüksək təhlükəsizliyi təmin edəcək Google Play Protect adını alıb. "Sizin işdə elektron poçtu yoxlamağınızdan, uşaqlarınızla Pokemon Go oynamağınızdan və ya öz sevimli filminizə baxmağınızdan asılı olmayaraq sizin qurğunuzun və həmçinin məlumatların təhlükəsizliyinə inam vacibdir "- Android Security şirkətinin məhsullar üzrə meneceri Edvard Kanninqem (Edward Cunningham) qeyd edir.

Dünyada təxminən 2 milyarda yaxın aktiv Android qurğular qeydə alınıb, Google onların təhlükəsizliyini təmin etmək üçün hər gün 50 milyard proqram skanını yerinə yetirir. Şirkətin sözlərinə görə, maşın təlim texnologiyası yeni riskləri aşkarlamağa, potensial olaraq təhlükəli proqramları eyniləşdirməyə və onlardan qurğuları müdafiə etməyə əks halda onlar harada artıq quraşdırılıb onları oradan silməyə imkan verir. Bundan başqa, Google proqramları Play Store-da dərc etməzdən əvvəl diqqətlə təhlil edir, lakin qeyd etmək lazımdır ki, zərərli proqramların ora düşdüyü və milyonlarla istifadəçini yoluxdurduğu hallar heç də nadir deyil. Kanninqemin sözlərinə görə, Play Protect-in digər mənbələrdən yüklənən zərərli proqramlar barədə xəbərdarlıq etməyi mümkündür. O, istifadəçi məlumatlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə, cihazda şübhəli əməliyyatları yerinə yetirən bütün əlavələri izləmək üçün nəzərdə tutulub. Google Play Protect-a daxil edilmiş funksiyalarından biri "My Device find"-dır, hansi ki, bu istifadəçilərə öz cihazlarını itirdikdə tapmağa kömək edəcək. "My Device Find köməyi ilə siz itirilmiş Android-qurğunu (telefonlar, planşetlər və hətta saatı) tapa bilərsiniz, bloka salıb, həmçinin onlarda bütün məlumatları silə bilərsiniz"-deyə Kanninqem bildirib.