Axtarış...

CERT.GOV.AZ Beynəlxalq konfransa ev sahibliyi edəcək!

6-9 Noyabr 2017-ci il tarixində Bakı şəhərində “Uncovering Future Threats” mövzulu OİC-CERT-in illik konfransı baş tutacaq. Konfransın əsas təşkilatçılığını Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi öz üzərinə götürəcəkdir.

“OIC-CERT” İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr üçün “Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzləri”ni özündə birləşdirən təşkilatdır. XRİTDA-nın Kompüter İnsidentlərinə qarşı Mübarizə şöbəsi 2013-cü ildən bu təşkilatın tamhüquqlu üzvü, 2016-cı ildən isə İdarə Heyətinin üzvüdür. Hər il növbəli olaraq üzv ölkələrin təklifləri əsasında bu təşkilatın illik yekun hesabatı və informasiya təhlükəsizliyi üzrə konfransı keçirilir. 2017-ci il 20 aprel tarixində “OİC-CERT” İdarə Heyətinin üzbə-üz görüşü baş tutmuş və iclasda təşkilatın 9-cu beynəlxalq illik konfransının keçirilməsi ilə əlaqədar üzv dövlətlərin təklifləri dəyərləndirilmişdir. İdarə Heyəti səs çoxluğu ilə növbəti 9-cu beynəlxalq illik konfransın Bakı şəhərində keçirilməsi ilə əlaqədar qərar qəbul etmişdir.

Konfransın yeri, proqramı, spikerləri və sair barədə məlumat yaxın zamanlarda təqdim olunacaq.

© 2011-2024 Bütün Hüquqlar Qorunur