Axtarış...

iMessage-dan olan informasiyalar hüquq-mühafizə orqanlarına verilə bilər.

    Qeyd etmək istərdik ki, yaradıldığı şirkət tərəfindən iMessage messenceri dostlar və həmkarlar arasında konfidensial ünsiyyət vasitəsi olaraq qələmə verilir. Əldə olunan sənədlərdən isə tətbiqetmənin o qədər də qapalı olmadığı ortaya çıxıb. Şirkət özündə istifadəçilərin kiminlə və nə vaxt ünsiyyəti haqda informasiyaları saxlayır və buna baxmayaraq həmin məlumatlar hüquq-mühafizə orqanlarının tələbi ilə əldə oluna bilər.

Yuxarıda qeyd olunan sənədə əsasən Apple aşağıdakı məlumatları toplayır:

* İPhone sahibinin daxil etdiyi telefon nömrələri;

* Vaxt və tarix;

* İstifadəçinin yerləşdiyi yeri müəyyən etmək üçün istifadə olunan İP ünvan;

Hər dəfə istifadəçi telefon nömrəsi daxil etdikdə tətbiqetmə yoxlamaq məqsədilə Apple-in serverinə məktubu alan şəxsin uçot qeydlərinin olub-olmamasını barədə sorğu göndərir. Bu vaxt şirkət istifadəçinin uçot qeydinin olub olmamasınnan asılı olmayaraq kiminlə əlaqə qurmaq istəyi barədə məlumatları görür. Bundan başqa Apple bu informasiyanı hüquq-mühafizə orqanlarının təqdim etdiyi müvafiq order əsasında onlara ötürə bilər.

Apple-dan bu məsələni belə şərh etdilər:

"Order olduqda biz hüquq-mühafizə orqanlarının tələb etdiyi informasiyalardan yalnız sərəncamımızda olan məlumatları təqdim edə bilərik. Nəzərə alsaq ki, iMessage-də hərtərəfli şifrələmədən istifadə olunur və buna görə də bizim yazışmaların mətninə girişimiz yoxdur."

Qeyd etmək istərdik ki, iMessage istifadəçilərin konfidensiallıqlarını təhlükə qarşısında qoyan yeganə deyil. Məsələn yeni Google Allo messenveri istifadəçilərin yazışmasını qeyri-məhdud vaxt ərzində saxlayır.

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur