XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ
XÜSUSİ RABİTƏ VƏ İNFORMASİYA
TƏHLÜKƏSİZLİYİ DÖVLƏT AGENTLİYİ

KOMPÜTER İNSİDENTLƏRİNƏ QARŞI MÜBARİZƏ
MƏRKƏZİ

İnsident bildir

Xəbərlər > Sərt diskin səslərini dinləyərək informasiyanı ələ keçirmək olar.

17 Avg 2016

 Təhlükəsizlik sahəsində çalışan tədqiqatçılar, hətta kifayət qədər qorunma sisteminə malik kompüterlərdə sərt diskin çıxardığı səsdən istifadə edərək hava vasitəsilə verilənlərin ötürülməsini nümayiş etdiriblər. Sözügedən videonu izləyə bilərsiniz.

"Bir müddət öncə müəyyən olunmuşdur ki, zərərverici proqramlar kompüterdən hava yolu ilə dinamikdən ultrasəs siqnallarının köməyilə verilənləri çıxara bilirlər. Yalnız burda məsələ kompüterin dinamikinin olub olmamasından ibarətdir. Lakin biz sərt diskin çıxardığı akustik siqnalların köməkliyilə kompüterdən məlumat itkisinə imkan yaradacaq gizli kanal - DiskFiltration -u təqdim edirik " deyə tədqiqatçılar bildiriblər.

DiskFiltration istifadə etmək üçün dinamik və ya digər nəyəsə ehtiyac yoxdur. Uzaqdakı kompüterə yüklənmiş zərərverici proqram təminatı müəyyən edilmiş tezliklərdə sərt diskin işini manipulyasiya edərək səs emissiyası yaradır. Bununla qəbul edilmiş verilənləri yaxınlıqda yerləşən qurğu vasitəsilə ələ keçirmək olar. Məs: smartfon, noutbuk, smart saat və s. Məlumat üçün bildiririk ki, bu üsul hərkət edən tezlikliyə malik olmayan SSD disklərdə işləmir.