Axtarış...

Diqqət!!!Simsiz siçan qurğuları ciddi boşluqla qarşılaşıblar

 Bastille Networks şirkətinin mütəxəssisləri 2.4GHz tezlikdə işləyən və 100 metr-dək məsafədən qoşularaq klaviaturada daxil edilən istənilən kombinasiyanı simulyasiya edib, bununla da simsiz siçan qurğularını nəzarətə götürən yeni növ hücum işləyib hazırlayıblar. Hücum MouseJack adını alıb və əksər simsiz siçan qurğusu modellərini əhatə edir. Logitech, HP, Dell, Gigabyte, Microsoft və Lenovo kimi məşhur şirkətlərin qurğuları hücuma məruz qalıb. Qeyd edilən problemi aradan qaldıran yenilənmə yalnız Logitech şirkəti tərəfindən edilib. Hücumun mahiyyəti kompüter və siçan qurğusu arasındakı verilənlərin mübadiləsi zamanı istifadə olunan protokolun kifayət qədər qorunmaması idi.

Ekspertlərin araşdırmasına görə, 2.4GHz tezlikdə işləyən qurğuların da öz çatışmamazlıqları vardır. Bluetooth – dan fərqli olaraq bu texnologiya vahid standarta malik deyil. Belə klaviaturalar da kompüterin USB portuna qoşulmuş USB elektron açara (USB dongle) basılmış klavişlər haqda radiotezlikli siqnal ötürürlər.

İndisə daha bir pis xəbər, belə ki, Bastille Networks şirkətinin mütəxəssisləri 3 aydan daha çox müddət ərzində boşluq olan şirkətlərlə birgə çalışaraq baş vermiş problemi aradan qaldırmağa cəhd ediblər. Boşluq olan qurğuların tam siyahısını buradan tapa bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.cert.gov.az saytına istinad zəruridir.

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur