Axtarış...

XƏBƏRDARLIQ !!! Yeni troyan android smartfonunuzu dəyişməyə məcbur edir

 Lookout antivirus şirkətinin mütəxəssisləri Android əməliyyat sistemində çalışan qurğulara hücum edən yeni troyanı aşkar ediblər. Troyan ekrana icazəsiz bildiriş verən, reklam proqram təminatı ailəsinə aid edilir. Yeni troyanla bağlı problem ondan ibarətdir ki, onu sadə istifadəçinin ləğv etməsi mümkünsüzdür. Zərərverici yükləndikdən həmən sonra root hüquqa malik olur və sistem tətbiqetməsi kimi işə başlayır.

Lookout-un sözlərinə görə mövcud problemlə üzləşən istifadəçilər yuxarıda qeyd edildiyini kimi sərbəst şəkildə bu virusu qurğulardan ləğv edə bilməzlər, hətta smartfonu zavod kökləmələrinə sıfırlasalar belə bu mümkün olmayacaq. Belə ki, onlar ya mütəxəssislərə müraciət etməli ya da yeni qurğu almalıdırlar. Lookout-un əməkdaşları troyanın Candy Crush, Facebook, GoogleNow, NYTimes, Okta, Snapchat, Twitter, WhatsApp kimi məşhur tətbiqetmələrdə maskalanmış 20.000 nüsxəsini aşkar ediblər. 

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.cert.gov.az saytına istinad zəruridir.

© 2011-2024 Bütün Hüquqlar Qorunur